Kişilər qadınlardan daha çox qeybət edir

26 Fevral 2014 11:57 (UTC+04:00)
İngiltərədəki bir araşdırmada kişilərin qadınlardan daha sürətli və daha çox qeybət etdikləri təsbit edilib. 

Min otuz üç yetkinlə edilən araşdırmada kişilərin bir sirri maksimum 3 saat heç kimə söyləmədiyi təyin olunub. 


Qadınların isə 3 saat 40 dəqiqə dözə bildiyi qeyd edilib. Kişilərin bu qədər sürətli və çox dedi-qodu etməsinin səbəbi isə sosial şəbəkələrdir. Buna baxmayaraq kişilərin 92 faizi özünü sirr tutma mövzusunda "etibarlı" sayır.