BBM Windows Phone gəlir!

26 Fevral 2014 13:40 (UTC+04:00)

Nokia , bu səhər reallaşan fəaliyyətində üç yeni telefonundan başqqa Windows Phone platforması ilə əlaqədar məlumatları da ictimaiyyətlə paylaşıb.


Movqe.Az xəbər verir ki, şirkətdən edilən şərhə görə ötən ilin oktyabr ayında iOS və Android platforması üçün yayımlanan BBM tezliklə Windows Phone platformasına gələcək.


BlackBerry-in ən çox seçilən xidmətlərindən olan BBM , istifadəçi sayını artırmağa davam edir. Xatırladığınız  kimi xeyli kritik bir qərarla iOS və Android platformalarına keçid edən proqram təminatı gözlənilən marağı toplamağı bacarmışdı.


Yay aylarında təqdim edilməsi gözlənilən tətbiq , iOS / Android platformalarında yerləşən Channels , BBM Group , decals , axtarış kimi xüsusiyyətlərini istifadəçilərə təqdim edəcək.


 BBM Group eyni vaxtda 50 nəfərin söhbət edə bilməsinə imkan verəcək. BBM , ilk mərhələdə Lumia ardıcıllığı olan cihazlarla uyğun şəkildə çalışacaq.