Mövqe.az xəbər verir ki, Amerikalı məşhur müğənni Uitney
Hyuston öldüyü gün otel otağında üzərində ağ toz qalıqları olan bir
qaşıq olduğu deyilib. Mövqe.az BBC-yə istinadən 48 yaşındakı
müğənninin 11 Fevral tarixində otelin su ilə dolu hovuzunda üz
üstü yatarkən tapıldığını bildirib. Müfəttişlər hamam otağında
qatlanmış bir kağız parçası üzərində ağ toz qalıqları olan
kiçik bir qaşıq və portativ bir ayna
tapdıqlarını söyləyiblər. Keçən ay açıqlanan ilk
hesabatdan daha detallı məlumatlar ehtiva edən 42 səhifəlik
hesabatda Houstonun narkotika istifadəsi və ürək çatmamazlığı
səbəbindən boğulduğu bildirilib.
Hesabatda həmçinin bildirilib ki müğənninin uzun müddətli narkotika istifadəçisi olması məsaməli buruna malik olduğundan da irəli gəlir.
Xatırladaq ki, Houston, Grammy partiyasına qatılmazdan əvvəl Beverly Hilton Otelindəki otağında ölü tapılıb.
Əfqanə Məzahirqızı