Müəllimllər İnstitutunun bu filiallarına tələbə qəbuluna qadağa

26 Fevral 2014 13:54 (UTC+04:00)

Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarında oxuyan tələbələrin təhsilini bu məktəblərdə davam etdirib-etdirməyəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib. Movqe.az-ın məlumatına görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, həmin filiallara 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmayıb. Ancaq buna baxmayaraq, bu filiallarda hazırda təhsil alan tələbələr təhsilini sonadək davam etdirəcəklər. AMİ-nin tələbə qəbulu dayandırılmış filiallarında təhsil alan, alt qruplardan kəsri qalan tələbələr üçün həmin filiallarda akademik borclar olan fənnlər üzrə dərslər də təşkil olunacaq.