HTC-in yeni telefonunun çıxış tarixi bəlli oldu!

26 Fevral 2014 16:00 (UTC+04:00)

Samsungun Android bazarındakı ən güclü rəqibi olan HTC, yeni admiral gəmisi Galaxy S5 üçün belə deyb: "Əsla onu almayın!" 


Rəsmi Tvitter hesabından "Alan peşman olar: Tezliklə Galaxy S5 sahibləri üçün gəlir. 25 martı, gözləyin"  tvitini  paylaşan HTC, yeni telefonu M8-in Galaxy S5-dən daha yaxşı olduğunu söyləyərək Samsunga cavab vermiş olub. 



Movqe.Az xəbər verir ki, HTC Samsunga əsl cavabı 25 martda ediləcək olan HTC fəaliyyətində veriləcək. İndiyə qədər bir çox fotoşəkili mediaya sızan M8-in şəkillərdəki kimi olub-olmayacağı, Galaxy S5-in qarşısına nə kimi xüsusiyyətlər ilə çıxacağı 25 maert tarixində aydın olacaq.