Dünyanın ən məşhur gitara sənətçilərindən Pako de Lusía , 66 yaşında dünyasını dəyişib. Onun, Meksikanın Cancun şəhərindəki bir çimərlikdə , uşaqlarıyla oynayarkən ürək tutmasından öldüyü açıqlanıb.
Movqe.Az xəbər verir ki, Flamenko musiqisinin ən böyük ustalarından biri olan Pako de Lusianın ölüm xəbəri , doğum yeri olan İspaniyanın Algeciras şəhəri bələdiyyə başçılığı tərəfindən açıqlanıb.
1970-ci illərdə çıxardığı bir sıra flamenko albomla şöhrət qazanan Pako , klassik və caz sahələrində də gitara işləri etmişdi.
İspan rejissor Karlos Sauranın filmlərində də rol alan Pako de Lusianın , xüsusilə 1983-cü il istehsalı Carmen filmindəki rolu unudulmur. Film, 1985-ci ildə "Ən Yaxşı Xarici Film" nominasiyasında İngilis Bafta Mükafatına layiq görülmüşdü.
Algeciras şəhərində iki günlük yas elan edildiyi açıqlanıb.