“ Erməni ilə qarışığı olanlardı bu günü unudanlar” – SORĞU

26 Fevral 2014 16:38 (UTC+04:00)

Bu gün Xocalı soyqırımını yad edənlərlə yanaşı, yad etməyənlər də oldu. Mövqe.az – ın əməkdaşı bəzi müğənnilər ilə bu barədə danışıb. 


 Ağladığı səsindən də hiss olunan müğənni Manaf Ağayev: " Özüm o torpağın oğluyam. Erməni ilə qarışığı olanlardı bu günü unudanlar. Anadan olan gününü insan unuda bilərmi ? Yox. Bu gün də elə... Mən anadan olan günümü unudaram Xocalını unutmaram.  Xocalıda çəkilən əziyyəti heç faşistlərdə çəkməyib". 


Rəqqasə Fatimə : "Əlbəttə ki ziyarət etmişəm. Bu bizim borcumuzdur. Ziyarət edib, öz gülümü də qoymuşam..."


Aktrisa Vəfa Zeynalova : " Qonaqlarım gəlir. Hava limanındayam. Onları qarşılayıram. Müsahibə vermirəm".

 

Müğənni Xatirə İslam : "Allah şəhidləri rəhmət etsin. Xəstəyəm ziyarətə getməmişəm. Amma bu gün Azərbaycan bizlər üçün çox ağır bir gündü".


Müğənni Bilal Əliyev : " Yasin, fatihə oxumuşam. Quran da tapşıtdırmışam. Dünən 10- da məni tədbirə dəvət etdilər. Getmədim . Çünki tədbir 12-dən sonraya kimi davam edə, meydan qızışa bilərdi". 


Əməkdar artist Lalə Məmmədova : "Bu il körpə uşaqlıyam. Gedə bilməmişəm. Üzürlü sayarlar məni.... Amma yaşadığım ərazi Xocalı parkının yaxınlığındadır. Mən tez-tez onları ziyarət edirəm".


Müğənni Xuraman Şuşalı : " Bilirəm Xocalı günüdür. Amma düzü iş dalınca gedirəm. Ziyarət edə bilməmişəm".