Ukraynada siyasi qeyri-müəyyənlik davam edir. Paytaxt Kiyevdə tək-tək "Sovet " simvolları yox edilir . Muxtar bölgə Krımdan da ayrılıq səsləri yüksəlir .
Movqe.Az xəbər verir ki, Ukraynada bir yerdə Sovet hakimiytyəti dövrünü təmsil edən hər simvol tək-tək aradan qaldırılır. Digər yerdə isə o simvollar "baş tacı" edilir..
Dövlət Başçısı Yanukoviçin paytaxt Kievi tərk etməsindən sonra , Sovet mirası bir-bir silinir. Keçən həftə də Bolşevik lider Leninin heykəlləri endirilmişdi.
Bu dəfə Ukrayna parlamentində keçmişin simvolları yox edilib. İki etirazçı , parlament binasının zirvəsindəki 5 bucaqlı qızıl Sovet ulduzunu ləğv edib .
Ölkənin şərqindən isə ayrılıq səsləri yüksəlir . Xüsusilə də , əhalisinin 60 faizini Rusların meydana gətirdiyi Krım yarımadasından .
Yanukoviçin lehinə nümayiş edilən və rus donanma bazasının olduğu şəhərə , Rus dilində danışan qubernator təyin edilib.
Şəhərdə könüllülər müdafiə birliklərində vəzifə yerinə yetirmək üçün növbəyə girir. Məqsəd , radikal müxalif qrupların hücumlarına qarşı hazırlıqlı olmaqdır .
Qara dənizdəki Rus donanması da , ofislərinə qorumaq üçün şəhərə zirehli vasitə göndərib.
Əsl narahatlıqları artıran isə , Krım Muxtar Respublikası Parlamentinin bu gün fövqəladə iclasının olmasıdır .
Yığıncaqda , Krımın Ukraynadan ayrılıb-ayrılmaması mövzusunun müzakirə olunacağı iddia edilir.