Bakıda kəsilmiş insan ayağı tapıldı
26 Fevral 2014 19:27 (UTC+04:00)
Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində
kəsilmiş insan ayağı tapılıb.Movqe.az-ın Lent.az-a istinadən
məlumatına görə, Neapol dairəsindən Qaraçuxur qəsəbəsinə gedən
yolun yaxınlığında, Kərpiczavod adlanan ərazidəki təpəlikdən yeni
kəsilmiş insan ayağı tapılıb. Dərhal hadisə yerinə hüquq mühafizə
orqanlarının əməkdaşları gedib. İlkin məlumata görə, orta yaşlı
şəxsə məxsus olan insan ayağı hər hansı cinayətin qurbanına deyil,
aşağı ətrafları amputasiya edilmiş şəxsə məxsusdur. Tapılmış ayağın
üzərindəki qanqren əlamətləri əməliyyatçıları bu mülahizə üzərində
də düşündürür. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində tapılan
kəsilmiş insan ayağı məhkəmə-tibbi ekspertizasına təhvil verilib.
Lent.az-ın məlumatına görə, hadisə yerinə gələn hüquq-mühafizə
orqanları əməkdaşları ayağı 3 saylı şəhər xəstəxanasının morquna
yerləşdirməyə qərar verib. Aparılacaq tibbi ekspertizadan sonra
müəyyən ediləcək göstəricilər əsasında ayağın kimə məxsus olması
müəyyənləşəcək. Daha sonra isə hadisənin hansı şəraitdə, hansı
səbəbdən baş verməsi və digər maraqlı məqamlar aydınlaşacaq.