Son 2 ayda 3300 suriyalı öldürülüb

26 Fevral 2014 22:39 (UTC+04:00)
Suriyada son iki ayda 3 mindən çox adam ölüb 2014-cü ilin əvvəlindən Suriyada hökumət və müxalifət qüvvələri arasında baş vermiş toqquşmalarda 3300 insan həyatını itirib. Movqe.az-ın məlumatına görə, bu barədə Suriyanın İnsan Haqları Təşkilatı məlumat yayıb. Təşkilatın yaydığı xəbərə görə, "İraq və Levanta İslam dövləti" radikal qruplaşması Suriya münaqişəsinə cəlb edildikdən sonra ölkədə ölənlərin sayı xeyli artıb.