Avropa İttifaqı Ukraynaya şərt qoydu

26 Fevral 2014 22:52 (UTC+04:00)
Ukraynada Viktor Yanukoviçin devrilməsindən sonra Avropa İttifaqı Ukraynaya 20 milyard avro yardım ediləcəyini bildirmişdi. Bu məlumat yardımın hansı şərtlərlə verilməsi sual yaratmışdı. İttifaq rəsmiləri artıq bu şərtləri açıqlamağa başlayıblar. Fevralın 27-də Avropa Parlamentində Ukrayna ilə bağlı qətnamə qəbul ediləcək. Sənədə Ukraynaya ediləcək maddi yardım məsələsinə aid tövsiyələr də daxil ola bilər. Movqe.az "Kommersant-Ukraina"ya istinadən xəbər verir ki, Avropa İttifaqı ilə Rusiya parlament əməkdaşlıq komissiyasının başçısı almaniyalı deputatı Knut Flekenştayn jurnalistlərlə söhbətində bu qərarı çətinləşdirən səbəblərdən danışıb. "Vacibdir ki, keçid hökuməti "Maydan"ın əsas tələblərini tez zamanda yerinə yetirsin. Biz gözləyirik ki, ən qısa zamanda demokratik seçkilər keçiriləcək və yeni konstitusiya qəbul olunacaq. Ukraynanın bütün siyasi güclərin nümayəndələrinin daxil olduğu qanuni hökumətə və parlamentə ehtiyac var". Kiyevə Avropa tərəfindən maddi kömək almaq məsələsində, deputat deyib ki, Ukraynanın ciddi iqtisadi islahatlara ehtiyacı var.  "Təkcə büdcənin birləşdirilməsi ilə kifayətlənmək olmur, iqtisadiyyatın uzun modernizasiya prosesi tələb olunur. Bundan başqa təzə iş yerlərinin açılması və innovasiyalara yol açmaq lazımdır. Biz Ukraynanın qarşısına Avropa İttifaqının bütün üzvlərindən etdiyimiz tələbləri qoymuşuq" deyə komissiya sədri bildirib. Radikalların Ukraynanın ictimai və siyasi həyatında iştirakından danışarkən, Flekenştayn deyib ki, Avropa ittifaqı "Sağçılar sektoru" tipli güclərin tərəfdarı deyil: "Mən xüsusi olaraq, məsuliyyət hiss edirəm. Bunun üçün sağ ekstremist partiyaların hökumətə gəlməsinə mane olmalıyıq. Radikal güclər hökumət ittifaqına daxil olarsa, Avroittifaqdan tələb olunan maddi köməyi almaq və beynəlxalq tərəfdaşların etibarını qazanmaq çətin olacaq. Bu zaman Ukraynanın təkcə Rusiya ilə deyil, həmçinin Avropa İttifaqı ilə də mübahisələri olacaq".