Valideynləri canavar qızı buraxıb qaçdı

11 İyun 2012 18:26 (UTC+04:00)

Movqe.az saytı xəbər verir ki, Çinin Guizhou əyalətinə bağlı Guiyang şəhərində dünyada bir milyard insanda bir görülən Hipertrikoz Universalis sindromu nəticəsində bədəninin yüzdə 60-ı tüklərlə örtülü olan 6 yaşlı Liu Jiangli görünüşünə görə çətin günlər keçirir. Ana və atasının kiçik yaşlarda tərk etdiyi kiçik Lui dost tapmaqda da çətinlik çəkir.

Guizhou əyalətindəki Guiyang şəhərində 6 il əvvəl dünyaya gələn Liu Jianglinin bədəninin böyük bir hissəsində tüklər çıxmıb. Milyardda bir görülən Hipertrikoz Universalis sindromuna yoluxan qızcığaz hələ 2 yaşındaykən anası tərəfindən tərk edilib. Bir müddət sonra isə atası bədəni tüklərlə örtülü olan Luini bir baxçada tək qoyaraq qaçıb.

Səlahiyyətli nümayəndələrin qəzetə verdiyi elan vasitəsilə 6 ay sonra uşaq kuzənlərindən birinin babasına çatdırılıb.

Digər uşaqlarla yoldaşlıq qurmaqda uğursuz olan Luinin görünüşünə görə lağ edilməsindən qorxulduğu ifadə edilir. 

BU XƏSTƏLİYİN TAM MÜALİCƏSİ HƏLƏ Kİ YOXDUR

Hipertrikoz adlandırılan və xalq arasında canavaradam deyilən bu narahatlığın hələ tam müalicəsi yoxdur.

Tük çıxmayan bölgələrin həddindən artıq tüklənməsi nəticəsində ortaya çıxan xəstəlik insanlara sonradan yoluxa bilər. Bütün bədəni bürüdüyü kimi yalnız bir neçə bölgədə də meydana gələn xəstəlik doğuşdan və ya zamanla ortaya çıxa bilər.

Doğuştan hipertrikoza çox nadir rastlanır. O qədər nadir xəstəlikdir ki, orta əsrlərdən bəri yalnız 50 dənə bu tip hadisə görülüb.