Cazibədar aparıcı gecələr efirdə olacaq

27 Fevral 2014 10:34 (UTC+04:00)

Tele aparıcı Günel Hümbətova nəhayət ki, efirə qayıdır. Mövqe.az xəbər verir ki, aparıcı yerli kanalların birində "25-ci saat" verlişi ilə yenidən hər kəsi salamlayacaq. Verliş 00:00 - da yayımlanacaq. Aparıcı verlişin hansı kanalda yayımlanacağını hələ ki, açıqlamaq istəmir.


Xatırladaq ki, bir neçə gün əvvəl Günel Hümbətova 107.7 dalğası olan "AvtoFM"-də "Şirinçay" səhər şousu ilə yenidən dinləyiciləri salamlayıb. Günel  radio dj olmaqla yanaşı, həm də ki, televiziya kanalında aparıcı kimi çıxış edəcək.