18 yaşlı qız dəm qazının qurbanı oldu

27 Fevral 2014 11:02 (UTC+04:00)

Araşdırmalar zamanı ölən qızın dəm qazından boğulduğu məlum olub

Bu gün səhər saat 06:32-da Bakının Suraxanı rayonu ərazisində bir ailə dəhşətli faciə yaşayıb. Rayon Polis İdarəsi 30-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Binə qəsəbəsi, Fəxrəbad yaşayış massivindəki həyət evlərinin birində mənzildən meyit tapılıb.


Belə ki, həmin evdə yaşayan 18 yaşlı qız yatağında ölmüş halda tapılıb. Onun meyitini anası aşkarlayıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.


Araşdırmalar zamanı qızın dəm qazından öldüyü məlum olub.


Faktla bağlı araşdırma aparılır.