Bədənlərilə Xocalı yazdılar

27 Fevral 2014 11:11 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi (ADKADER), Azərbaycanın Ankaradakı səfirliyinin Təhsil müşavirliyi ilə Türkiyənin Qazi Universitetinin həyətində Xocalı Soyqırımının anımı ilə bağlı tədbir keçirilib. Tədbir çərçivəsində Ankaranın müxtəlif universitetlərində oxuyan 254 azərbaycanlı tələbə Xocalı yazısını bədənləri ilə yazıb. Tədbirə Azərbaycanın Türkiyədəki səfiri  Faiq Bağırov, millət vəkili Qənirə Paşayeva, Təhsil müşaviri Nəcibə Nəsibova, əməkdar artist Elza Seyidcahan və azərbaycanlı alimlər qatıldıb.