" İmkan ver, təpiklə divarları dağıtsınlar, buna da büdcə lazımdır?"- TƏNQİD

27 Fevral 2014 11:32 (UTC+04:00)

Kinoşünas Aygün Aslanlı Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmi haqqında öz təəssüratlarını Mövqe.az-a danışıb: 

"Samir Kərimoğlunun "Mən evə qayıdıram" filminə baxdıq. Hər şey cəhənnəm, Vandammdan yaraşıqlı, Stallonedən cüssəli 4-5 igidi yığıblar bir yerə. Bütün film boyu ancaq burdan-ora, ordan-bura boş-boş şaqat eləyirlər. 

Ay qardaş, istifadə elə də, imkan ver, təpiklə divarları dağıtsınlar, yumruqla bir-iki çənə qırsınlar, bir-iki gözəlin ürəyini sındırsınlar. Buna da büdcə lazımdı?


Xatırladaq ki, ötən gün hərbi vətənpərvərlik mövzusunda olan bu ekran işinin təqdimat mərasimi Nizami Kino Mərkəzində keçirilib. Filmdə müğənni Emil Bədəlov da çəkilib.