Müğənninin klipində müsəlmanlar təhqir olundu - VİDEO

27 Fevral 2014 13:03 (UTC+04:00)

Katy Perrynin klipi qalmaqala səbəb olub. Mövqe.az xəbər verir ki, amerikalı pop ulduzu Katty Perrynin "Dark Horse" 

adlı yeni rekord sayda izlənilən klipində müsəlmanları təhqir etməsi əsas tənqid obyektinə çevrilib. Belə ki, müğənninin klipində iştirak edən çılpaq bir kişinin, üzərində ərəbcə "Allah" yazan boyunbağısı ilə birlikdə parçalara ayrılması müzakirələrə səbəb olub.


Qeyd edək ki, sosial mediada vəziyyəti fərq edən müğənninin pərəstişkarları videonun qaldırılması üçün imza toplamağa başlayıblar.