Qırğızıstandan Ukrayna xalqına çağırış

27 Fevral 2014 14:42 (UTC+04:00)

Qırğızıstan prezidenti Almazbek Atambayev , Ukraynadakı rəhbərlik əleyhdarı nümayişlər əsnasında çox sayda insanın həlak olmasından dərin kədər duyduğunu deyərək Ukrayna xalqına birlik içində olmaları çağırışını edib.


Movqe.Az xəbər verir ki, Prezident Atambayev , Ukraynadakı inkişaflarla əlaqədar etdiyi açıqlamasında qardaş Ukrayna xalqının birliyinə sahib çıxaraq problemlərin öhdəsindən gələcəyinə inandığını deyib.


Qırğız xalqının dörd il əvvəlki keçmiş lider Kurmanbek Bakiyevin səltənət rejimi dövründə Ukraynadakına bənzər hadisələr yaşadığını və ağrılarının hələ təzə olduğunu xatırladan Atambayev , demokratiyanın yenidən təsis edilməsi üçün Ukrayna xalqını çətin bir müddətin gözlədiyinə işarə edib.


Qırğızıstanda 7 aprel 2010-cu ildəki xalq inqilabından sonra beynəlxalq cəmiyyətin köməyi olmadan çətin günlər yaşadıqlarına diqqəti çəkən Atambayev , Ukraynadakı böhranın həllində beynəlxalq cəmiyyətin ardıcıl mövqe sərgiləyərək kömək edəcəyinə inandığını bildirib.