Lavrov İrana gedir

11 İyun 2012 18:55 (UTC+04:00)

Rusiya mətbuatı xəbər verir ki, səfər çərçivəsində İranın nüvə proqramı və Suriyadakı vəziyyət müzakirə olunacaq.

Rusiya XİN-dən verilən məlumata görə, səfər çərçivəsində İranın Yuxarı Milli Təhlükəsizlik Şurasının rəhbəriSəid Cəliliilə Avropa birliyinin xarici işlər və təhlükəsizlik üzrə nümayəndəsiKetrin Eştonun görüşünə hazırlıq da müzakirə olunacaq.