BlackBerrydən yeni xəbər!

27 Fevral 2014 15:30 (UTC+04:00)

Kanadalı mobil istehsalçısı BlackBerry, hələki peşman deyil. Firma, MWC 2014-cü ildə yalnız bir deyil, iki yeni cib telefonunu birdən tanıdıb. 


 Populyar Bold ardıcıllığının dizaynından ilham alan Q20, QWERTY klaviaturanın üzərindəki "kəməri" geri gətirir.


 Movqe.Az xəbər verir ki, 3.5 düymlük ekrana sahib olan BlackBerry Q20, iş istifadəçilərini hədəf alır. Telefon, yeni BES 12 təşkilati sistemiylə birlikdə 2014-cü ilin sonlarına doğru bazara çıxarılacaq. 


Jakarta, yəni BlackBerry Z3 


Çox danışılan telefon Jakarta isə 5 düymlük BlackBerry Z3 olaraq qarşımıza çıxdı. Aprel ayında İndoneziyada bazara çıxarılacaq telefon, daha sonra Cənub-Şərqi Asiyada satışa təqdim ediləcək. Tamamilə sensorlu ekrandan ibarət olan Z3, ilk olaraq 200 dolların altında, 3G dəstəkli bir cihaz olaraq ortaya çıxacaq. Lakin Blackberry, növbəti aylarda cihazın 4G distributivini də geniş bazarlara çıxarmağı məqsəd qoyur.