Saytlara dövlət yardımı göstəriləcək

27 Fevral 2014 15:49 (UTC+04:00)

Bu gün Mətbuat Şurası Azərbaycan mətbuatının mövcud problemləri ilə bağlı tədbir keçirilib. Movqe.az-ın məlumatına görə, tədbirdə online medianın problemləri əsas müzakirə mövzusu olub. Mətbuat Şurasının sədri Əflatun Amaşov informasiya saytlarına dövlət dəstəyinin göstərilməsinin vacibliyini qeyd edərək, bu məsələnin gündəmdə olduğunu bildirib.  MŞ sədri qeyd edib ki, onların keçirdikləri sorğunun nəticələrinə əsasən əhalinin 40 faizi informasiyanı internet saytlarından alırlar. Ə.Amaşov əlavə edib ki, reket qəzetlər hazırda fəaliyyətlərini internet saytları yaratmaqla davam etdirirlər: "Bizə daxil olan şikayətlərin 40 faizi internet saytları ilə bağlıdır. Yaxın vaxtlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələrinin iştirakı ilə saytlarda işləyən jurnalistlər üçün informasiya təhlükəsizliyi mövzusunda seminar keçiriləcək".