"Alimlər şəhərciyi"nin salınacağı yerin adı açıqlandı (FOTO)

27 Fevral 2014 16:08 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün "Alimlər şəhərciyi"nin salınacağı yerin adı açıqlanıb. Akademiyadanverilən məlumata görə, çoxmənzilli yaşayış binalarından ibarət olacaq "Alimlər şəhərciyi" Yasamal rayonu ərazisində - Mərkəzi Nəbatat Bağının yaxınlığında salınacaq. Şəhərcikdə hər biri 7 blokdan ibarət bir neçə binanın tikilməsi nəzərdə tutulur. Bununla yanaşı, Bakının Yasamal rayonu, Şərifzadə küçəsindəki (ATV telekanalının binasının yaxınlığında) AMEA yataqxanasının ərazisində tikilən yeni binalarda mənzillərin sayı 200-ə çatdırılıb. Həmin bina tikinti şirkətləri ilə şərikli inşa olunub və orada Akademiya əməkdaşları üçün evlər ayrılıb.