«Azercell Telekom» ötən il dövlət büdcəsinə 111 mln. manat ödəyib

27 Fevral 2014 16:38 (UTC+04:00)

Azercell Telekom MMC ölkədə "İKT ili" elan olunmuş 2013-cü ilin nəticələrinə həsr edilən ənənəvi mətbuat konfransını keçirib. Movqe.az xəbər verir ki, şirkətin 2013-cü il üçün əsas nailiyyəti kimi bu müddət ərzində müxtəlif xidmətlərə, xüsusilə də mobil internetə görünməmiş həcmdə artan tələbatın müqabilində, şəbəkəsinin 20%-ə gədər rekord səviyyədə gücləndirilməsi hesab edilir. Bu baxımdan, 2013-cü il ərzində Azercell Telekom 1200-dən artıq yeni baza stansiyası quraşdırmışdır ki, bunlar da bütün ölkə boyu səs xidmətləri və internet-rabitənin yüksək keyfiyyətini təmin etməkdədir. Beləliklə, 2013-cü ilin sonuna Azercell Telekom MMC-nin şəbəkəsi 5500 baza stansiyadan ibarət olub ki, onların da 260-dan çoxu məhz Bakı və Abşeron yarımadasını əhatə edən LTE (4G) şəbəkəsinə xidmət edir və yüksək internet sürəti ilə bərabər, CSFB sistemi üzərindən səsli rabitəni dəstəkləyir. 2013-cü ildə Ookla Net İndex tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, Azərbaycanda ən yüksək mobil internet sürətini məhz Azercell şirkəti təmin edir. Bundan əlavə, hər ikinci abunəçinin fəal mobil internet istifadəçisi olduğu halda, Azercell abunəçiləri arasında mobil internetdən istifadənin artım göstəricisi 120%-dən artıq olub. Ötən il ərzində şəbəkənin genişləndirilməsinə yönələn səyləri və sərmayələri şirkət həm mövcud, həm də bu yaxınlarda qüvvəyə minən Mobil Nömrə Daşınması xidmətinin nəticəsində 4,5 milyon abunəçi ailəsinə qoşulan yeni müştərilərəgöstərilən xidmət səviyyəsinin qorunmasına və keyfiyyətinin artırılmasına olan daimi ehtiyacla əsaslandırır. 2013-cü il Azercell üçün, həmçinin, bir sıra digər yeniliklərlə də yadda qalmışdır. Onların arasında ölkəmizin telekommunikasiya bazarında mobil telefon vasitəsilə sənədləri imzalamağa və müxtəlif əməliyyatlar həyata keçirməyə imkan verən ASAN-İmza platformasının mobil cihazlarla inteqrasiyası kimi əhəmiyyətli hadisəni qeyd etmək olar.. Bundan əlavə, keçən ilki Bakutel sərgisində Azercell evdəki bütün məişət proseslərini məsafədən, mobil telefon vasitəsilə idarə edilməsini mümkün edən və M2M texnologiyası əsasında fəaliyyət göstərən "Ağıllı Ev" adlı unikal bir yeniliyi nümayiş etdirmişdir. Ötən il ərzində şirkət 3G və 4G üzrə yeni və daha sərfəli paketlərlə bərabər, region üçün kampaniyalar, daimi, sərfəli regional tarif planı, müxtəlif endirim kampaniyaları və rominq endirimləri kimi bir sıra digər maraqlı təklifləri abunəçilərinə təqdim etmişdir. Xüsusi olaraq bu faktı qeyd etmək lazımdır ki, yalnız 2013-cü il ərzində Azercell dünyanın 100-dən artıq operatoru ilə rominq tariflərini endirib. Müştəriyə göstərilən xidmətin səviyyəsini daim təkmilləşdirən Azercell, 2013-cü ildə də paytaxtda və regionlarda öz xidmət mərkəzləri şəbəkəsinin genişləndiriməsini davam etdirib. Hal- hazırda müştəriyə abunə xidmətlərinin bütün çeşidini təqdim etməyə hazır olan 560-dan çoxmüxtəlif xidmət məntəqəsi fəaliyyət göstərir. Bü gün şirkətin mobil rabitə şəbəkəsi ölkə əhalisinin 99,8% əhatə edir, abunəçilərin sayı isə 4,5 miyon nəfərə çatıb. 2013-cü ildə Azercell dövlət büdcəsinə təqribən 111 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 17 il ərzində isə 1 milyard manat vəsait ödəyib. Ötən il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 84.5 milyon manat,17 il ərzində isə 1 milyard manat sərmayə yatırıb. Ötən illər ərzində olduğu kimi, Azercell bu gün də ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. 2013-cü il ərzində şirkət öz əməkdaşlarının peşəkar inkişafına 1 milyon manat sərmayə yatırıb. Azercell, həmçinin, sosial layihələrin də həyata keçirilməsinə xüsusi diqqət ayırmış və bu istiqamətə 0,4 milyon manat vəsait sərf edib. Digər təşəbbüslərlə bərabər, şirkət ölkənin internatməktəbləri üçün mahiyyətçə yeni bir layihə həyata keçirib. Gənc nəslə dəstək çərçivəsində Azercell-in Barama İnnovasiya Mərkəzi gənc sahibkarlar üçün iki irimiqyaslı beynəlxalq Start-up müsabiqələri reallaşdırıb. Müştərilərə göstərilən on-line xidmətlər üzrə ən yüksək göstəricilərlə bərabər, Azercell 2013-cü ildə də sosial şəbəkələrdə ölkənin ən populyar brendi adını ("Socialbakers" şirkətinin reytinqinə əsasən) qoruyub saxlaya bilib. Azercell Telekom MMC Mobil Nömrənin Daşınması xidmətinin tətbiqinin başlanması ilə mövcud və yeni abunəçilərin faydasına istiqamətlənmiş müxtəlif endirimli kampaniyalar və tariflər təqdim etməklə, 2014-cü ildə öz fəaliyyətini uğurla davam etdirir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "ASAN İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil edib.