Azərbaycanda məscidin bağlanması ilə bağlı rəsmi açıqlama

27 Fevral 2014 18:14 (UTC+04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən İsmayıllı rayonunun Mican kəndindəki məscidin bağlanması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərə aydınlıq gətirilib. 

Komitədən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, Mican kəndindəki məscid bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. "Məscid zəruri olduğu üçün yerli əhalinin istəyi ilə təmirə dayandırılıb",- deyə Komitədən göndərilən məlumatda deyilir.

"Eyni zamanda adıçəkilən məsciddə dini icmanın yaradılması məqsədilə sakinlər tərəfindən Dövlət Komitəsinə müraciət daxil olub. Müraciətə baxılaraq qanunvericiliyin tələblərinə uyğun olan bütün zəruri addımlar atılacaq".