Xuraman: “Tamaşaçıya mənfi aura vermək istəmirəm”

27 Fevral 2014 19:01 (UTC+04:00)

Aktrisa Xuraman Əlizadə efirdə hər zaman gülməyə çalışır. 


Axşam.az-ın məlumatına görə, aktrisa qonaq olduğu "5/5" verilişində pis əhvalını tamaşaçıdan gizlətmək üçün rola girdiyini deyib: 


"Çalışıram, hər zaman gülüm. Efirdə xoş əhvalda olduğumu göstərirəm. İstəmirəm ki, tamaşaçıya mənfi aura verim. Niyə mənim əhvalımın pis olduğunu tamaşaçı duymalıdır ki? İndi də yaz gəlir, lap kefim kökdür".