Bakıda metro bağlandı

11 İyun 2012 22:01 (UTC+04:00)
 Movqe.Az xəbər verir ki, "28 May" metrosunun əsas girşi bağlandı. 

Qeyd edək ki, metronun əsas girişi bu gündən etibarən bağlıdır. Buna səbəb isə təmir-bərpa işləridir.

Təmir zamanı köhnə ekskalatorlar dəyişiləcək. Xatırladaq ki, "28 May" metrosunda üç ekskalator fəaliyyət göstərirdi. Təmirdən sonra isə ekskalatorların sayı dördə çatdırılacaq.

Məlumata görə, təmir işləri sentyabr ayına qədər davam edəcək. Təmir zamanı isə sərnişinlər stansiyanın digər çıxışından istifadə edə bilərlər.

Türkan Nadirqızı

Movqe.Az