Britaniyada leysan yağış yağır

11 İyun 2012 21:43 (UTC+04:00)
İngiltərə və Uelsin bir sıra ərazilərində daşqın xəbərdarlığı elan edilib. Sinoptiklər isə leysan yağışların davam edəcəyini bildirirlər.

Leysan yağışların yağması ilə əlaqədar İngiltərə və Uelsin bir çox məntəqələrində daşqın xəbərdarlığı elan olunub.

Sinoptiklər qarşıda gələn günlərdə yağışların ara verməyəcəyini vurğulayırlar.

Xəbərdarlıq Uelsdə həftəsonu evlərini subasan sakinlərin evakuasiya edilməsindən sonra tərtib olunub.

Uelsdə ümumi hesabla 1000-dək sakin daşqın və leysan ilə əlaqədar təhlükəsiz yerlərə köçürülüb.

Türkan Nadirqızı

Movqe.Az