Təhsil kreditlərində yeni qayda

28 Fevral 2014 10:30 (UTC+04:00)

Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının izahına dair təqdimatlar hazırlanıb.  Nazirlikdən Movqe.az-a verilən xəbərə görə, təqdimatlarda kredit sistemi ilə tədrisin təşkili qaydaları haqqında ətraflı məlumat verilir və tələbələri maraqlandıran suallar cavablandırılır. Cavablandırılan suallara "Prerekvizit olmayan fənn üzrə akademik borc olduqda əlavə ödəniş edilirmi", "Prerekvizit fənn üzrə akademik borc olduğu halda tələbə əlavə ödəniş etməlidirmi", "Müəyyən edilmiş təhsil müddəti bitdikdən sonra akademik borclar qalarsa, bu halda nə baş verir", "Tələbələr üst illərdən fənn ala bilərmi və bu halda tələbə əlavə ödəniş etməlidirmi" daxildir.

 

Kredit sistemi ilə tədrisin təşkili qaydaları ilə bağlı video təqdimat nazirliyin saytında yerləşdirilib.