Google WhatsApp üçün verilən 10 milyard dollarlıq təklifi yalanladı

28 Fevral 2014 11:00 (UTC+04:00)

Ötən günlərdə sosial paylaşma saytı Facebookun Whatsapp tətbiqini satın almasıyla əlaqədar Googlenin Whatsappa 10 milyard dollar təklif etməsi iddası ortaya atılıb.


Movqe.Az xəbər verir ki, Google direktor müavini Sundar Piça Barselonada edilən MMC 2014 yəni Mobile World Congress 2014-cü ildə Googlenin Whatsappın müvəffəqiyyətli bir tətbiq olduğunu, lakin özlərinin belə bir təklif etmədiklərini bildirib.


Facebook Whatsapp tətbiqini Cnet hesabatlarına görə 19 milyon dollara satın almış, mesajlaşma dünyasını daha bir addım irəliyə apararaq yeniliyə imza atmışdı.


Faceebooka təhvil verilən Whatapp ilk yeniləməsinə hazırlaşır. Bu yeniləmədə gizlilik əhəmiyyət daşımaqdadır.


Whatsappın yeni avtivləşməsində, tətbiqdə telefon nömrənizi bilən kəslər sizin profil şəkilinizi görə bilməyəcək, yalnız telefon siyahınızda adı olan şəxslər şəklinizi görə biləcək.

Bununla yanaşı bir çox yeni əlavə xüsusiyyət olacaq. Məsələn, mesaj yazdığınız şəxs online olduqda, sizə cavab vermədiyini bildiriş ala biləcəksiniz.