Aşıq Samirə 2-ci həyat yoldaşından da boşandı və ...

28 Fevral 2014 10:40 (UTC+04:00)

Aşıq Samirənin həyat yoldaşı Rizvanla boşanması barədə məlumat tez bir zamanda mətbuatda yerini aldı. Tərəflər qarşılıqlı anlaşma ilə nigahlarına son qoyublar. Boşanma xəbəri barədə mətbuat səhifələrində, xəbər portallarında yer alan məlumatlarda isə bəzi xəbərlər həqiqətə uyğun yazılmayb. Beləki, Aşıq Samirənin hazırda iki qızı olduğu bildirilir. Qız övladlarından birinin Samirənin ilk nikahından, ikincisinin isə Rizvandan olduğu qeyd olunur. Aşıq Samirə məlumatın yanlış olduğunu Mövqe.az-a açıqlayıb. Samirəbildirdi ki, onun iki qız övladı yoxdur. Bu məlumat yanlışdır: " Mənim bir qızım, bir oğlum var. Qızığ ilk nikahdandı. Oğlumun atası isə Rizvandır".

Bu da qeyd edək ki, Rizvanın da ilk nigahdan övladı olduğu mətbuatda yerləşən xəbərlərdə yer albı. Onu da öyrəndik ki, Rizvanın ilk nigahından övladı ümumiyyətlə yoxdur. Bu məlumatı Samirə təsdiqlədi. Bildirdi ki, yazılanlar səhvdi: " Rizvanın ilk nigahından uşağı olmayıb. Rizvanın bir övladı var, o da birgə nigahımızdan dünyaya gələn uşaqdı".