Nokia və Lumia markalarının hüquqlarına sahib olan Microsoftun gələcəyi naməlumdur. Şirkət , Nokia markasının istifadəsi haqqında rəsmi şərhdən qaçır.
Movqe.Az xəbər verir ki, ötəni il Nokianın cihazlar hissəsini satın alan Microsoft , mobil bazardakı strategiyalarını formaıaşdırmağa davam etdirir.
Şirkət , məhsullarında Lumia adını istifadə etməyi davam etdirəcəyini açıqlasa da , Nokia üçün qeyri-müəyyənlik davam edir.
"Cnet"in son verdiyi xəbərə görə , şirkətin gələcək marka strategiyası hələ dəqiq deyil. Xəbərdə Windows Phone idarəçisi Greg Sullivanın mövzu haqqındakı açıqlamalarına yer verilir. Sullivanın Mobil Dünya Konqresində etmiş olduğu ifadələrdən , Lumia adının yeni məhsullarda istifadə edilməsini doğrulamasına qarşı , Nokia adının gələcəyi haqqında yeni şərh etməkdən boyun qaçırdığı bildirilir.
Texnologiya redaktorlarından görə Microsoftun Nokia markasını istifadə etmək məcburiyyətində olmasının qarşısındakı mane də getdikcə azalır. Hal-hazırda isə Windows Phone və Lumia markalarının öz başlarına ayaqda dayana biləcək mövqeyə gəldikləri deyilir.
Nokia və Microsoft arasındakı arasındakı razılaşmaya görə , Lumia və Asha markalarının istifadə haqqı Microsofta keçmiş vəziyyətdədir. Bu iki marka ilə yanaşı , Nokia markasının istifadə haqqı da 10 illiyinə Microsoftda yer alır. Bununla yanaşı Nokia , öz markasını qoruma haqqında da malikdir.