Müğənninin bu videosu böyük marağa səbəb oldu

28 Fevral 2014 11:24 (UTC+04:00)

Bugünlərdə müğənni Yaşar Cəlilovun uşaqlıqda çəkilən video yazısı yayılıb. Yazıda Azərbaycan Dövlət Televiziyasının Uşaq Filarmoniyasının nəzdində təşkil etdiyi konsert lentə alınıb. Hər zaman pop janrında mahnılar ifa etməyinə öyrəşdiyimiz Yaşar burada xalq mahnısı oxuyur. Bununla bağlı müğənninin özü ilə Mövqe.az-a danışdı: 


"Məncə, bu videoda kimisə şoka salacaq bir görüntü yoxdur. Bəli, hazırda pop ifaçısı olsam da, danmıram ki, əslində xanəndəyəm. Mən həm musiqi məktəbində, həm Uşaq Filarmoniyasında, daha sonra həm də Bülbül adına orta ixtisas musiqi məktəbində "xanəndəlik" fakültəsində təhsil almışam. Burada qorxulu bir şey yoxdur. Onsuz da bütün mahnılarımızın kökü muğamdır" –deyə, müğənni açıqlama verdi.


"Bəs niyə bu sənəti davam etdirmədiniz? Xanəndəlik daha çətindirmi?" – sualına isə Cəlilov belə


cavab verib:


"Asan iş, asan sənət yoxdur. Mənim bundan sonra muğam ifa etməyəcəyim naməlumdur. Hələ hər şey qabaqdadır. Hər şeyin öz vaxtı var".


Aldığımız məlumata görə, Yaşar Cəlilov 1995-2000-ci illərdə Mərdəkanda yerləşən 17 saylı musiqi məktəbində, daha sonra 2001-2006 –cı illərdə Bülbül adına orta ixtisas məktəbində "xanəndəlik" ixtisası üzrə təhsil alıb. Paralel olaraq isə Yaşar Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Ağaxan Abdullaydən də xanəndəlik dərsləri alıb.


Həmin videonu sizə də təqdim edirik: