Bu telefonu təkcə sahibi istifadə edə bilər

28 Fevral 2014 11:41 (UTC+04:00)
Boeing firması,  təhlükəsizlik istəyənlərin axtardığı növdə bir mobil telefon istehsalçısıdır.


Bu telefon, "Vəzifəmiz Təhlükədir" serialında tez-tez eşidilən "Bu mesaj 5 saniyə içində öz-özünü məhv edəcək" sözlərini xatırladır. Movqe.Az xəbər verir ki,  dövlət qurumları arasında etibarlı ünsiyyət təmin etmək üçün planlaşdırılan "Boeing Black" adlı telefon, səhv ələ keçdikdə içindəki bütün məlumatlar avtomatik olaraq silinəcək. Telefon, başqqası tərəfindən "qurdalandıqda",  ya da kassası açıldıqda özünü məhv edəcək. Beləcə telefon istifadə edilməz hala gələcək. Yeni cihazlarda təhlükəsizlik o qədər əhəmiyyətlidir ki, Boeing telefonları yalnız "təsdiq edilmiş" alıcılara satılacaq.