Azərin Röyanın hansı səhvindən danışacaq?

28 Fevral 2014 12:14 (UTC+04:00)

Tanınmış telejurnalist Tahirə Məmmədqızının təqdimatında olan bu dəfəki "Qonaqlıq" əməkdar artist Azərinin evində baş tutacaq. Azərin ilk dəfə ailəsini tamaşaçıların qarşısına çıxaracaq. "Qonaqlıq"da müğənninin uşaqlığından heç kimə məlum olmayan məqamlardan söhbət açılacaq. Azərini Türkiyədə polis niyə saxlayıb? Müğənni anası ilə hansı dueti oxuyub? Azərin Röyanın hansı səhvindən danışacaq? kimi suallara "Space"in efirində cavab tapa bilərsiniz. Bütün gizli məqamlar "Qonaqlıq"da açılacaq.

Xatırladaq ki, hər bazar günü "Space"in efirində səhər saat 09:45  "Qonaqlıq"verlişini izləyə bilərsiniz.