Ukrayna daxili işlər nazirliyinin xəbərinə görə, Krımda yerləşən Sevestapolun Qara dəniz sahili rus hərbi dəniz donanması tərəfindən mühasirəyə alınıb. Arsen Avakov Facebbokda bildirib ki, Sevestapoldakı Belbek beynəlxalq hava limanı rus hərbi dəniz donanması tərəfindən mühasirədədir.Bu haqda Movqe.Az BBC-yə istinad edir. O hələlik qan tökülmədiyini bildirərək, ordunu danışıqlara çağırıb. Hərbiçilərin nə səbəb gəldikləri hələlik bilinmir. Arsen Avakov ordunun gəlməsini "hərbi işğal" adlandırıb. Hərbiçilərdən bəzilərinin əlində rus bayraqları var.
"Silahlılar bildiriblər ki, onlar hava limanına Ukrayna xüsusi
təyinatlılarının gəldiyini düşünərək bu addımı atıblar. Lakin
burada Ukrayna Silahlı Qüvvələrinə bağlı olan xüsusi təyinatlıların
olmadığına əmin olduqdan sonra üzr istəyərək aeroportu tərk
ediblər.
Hava limanının nümayəndəsi aeroportun hazırda adi rejimdə işini
davam etdirdiyini söyləyib.
.