Mila Kunis nişanlandı

28 Fevral 2014 15:02 (UTC+04:00)

Mila Kunis və Aşton Kutcher cütlüyünün nişanlandığı bildirilib. 


İki ildir birlikdə olan Mila Kunis və Aşton Kutcher cütlüyü, evlilik yolunda ilk addımı atıb. 


Movqe.Az xəbər verir ki, "People" jurnalının cütlüyə yaxın mənbələrdən aldığı xəbərə görə, Kunis və Kutcher nişanlanıb. Kunisin həftə içində əlində brilyant bir üzüklə görülməsi bu iddiaları daha da artırıb. Cütlüyün tezliiklə nişanlandıqlarını etiraf etməsi gözlənilir. 


Cütlük, ilk dəfə birlikdə rol aldıqları 'That 70s Show" adlı televiziya serialında tanış olub.