Rəqsanə meyxana deyəcək

28 Fevral 2014 16:39 (UTC+04:00)
Rəqsanə İsmayılova meyxana deyəcək. Mövqe.az xəbər verir ki, müğənni bundan sonra mahnı oxumaqla yanaşı, meyxana da söyləyəcək. Hətta müğənninin Moskvada iki azərbaycanlı qardaşla meyxanası da yazılıb. Mahnının artıq arenjemanı da hazırlanır. Fərqlilik etmək istəyən Rəqsanə bundan sonra meyxana ilə gündəmə gələcək.