Viktor Yanukoviç: "Ölkəni ailəm təhlükədə olduğu üçün tərk etmişəm"

28 Fevral 2014 17:36 (UTC+04:00)

"Mən Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirmək niyyətindəyəm. Vaxt çatıb və mən  deməliyəm ki, terror vasitəsi ilə Ukraynanı ələ keçirmək istəyənlərə qarşı mübarizə aparacağam. Məni heç kim devirməyib, mən ölkəni ailəm təhlükədə olduğu üçün tərk etmişəm".

 

APA-nın məlumatına görə, bunu Rusiyanın Rostov-na-Donu şəhərində keçirilən brifinqdə Viktor Yanukoviç deyib.

 

O bildirib ki, Ukraynanı faşist gənclər ələ keçirib. Vəziyyətdən çıxış yolunun fevarlın 19-da prezidentlə müxalifət arasında imzalanan sazişin icrasında gördüyünü deyən Yanukoviç silhalı şəxslərin küçələrdən yığışdırılmasının vacibliyini qeyd edib.

 

"Bütün ölkədə normal həyat bərpa olunmalıdır. Böhrandan çıxmağa çətin olacaq. İndi yaşanananlar siyasi böhranın nəticələridir. Bu, Qərbin yürütdüyü siyasətin nəticəsidir", - deyə o vurğulayıb.

 

V.Yanukoviç həmçinin Ukraynada ümumxalq referendumunun keçirilməsini təklif edib.