Kamal Abdulla dövlət müşaviri təyin edildi

28 Fevral 2014 17:56 (UTC+04:00)

Kamal Mehdi oğlu Abdullayev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı sərəncam verib.

 

Prezidentin digər sərəncamı ilə K.M.Abdullayev Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib