7 min sürücü cərimələndi

12 İyun 2012 11:52 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, dünən yol polisi tərəfindən reydlər keçirilib. Bu reydlər zamanı 7 min sürücü cərimələnib. 

Bu haqda Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirir ki, iki günlük reydlər zamanı yol hərəkat qaydalarını pozan şəxslərin sayı 7136 nəfərdir.

Onlardan 876-sı sürət həddini aşdıqlarına görə, 1503-ü təhlükəsizlik kəmərindən istifadə etmədikləri üçün, 62-si avtomobil idarə edərkən telefondan istifadə etdikləri üçün, 223-ü isə sərxoş halda olduqları üçün cərmələniblər.

Yol hərəkat qaydalarını pozan şəxslərə inzibati protokol tərtib edilib.

Türkan Nadirqızı

Movqe.Az