Ziya Məmmədov Goranboyda vətəndaşlar qəbul edib

28 Fevral 2014 21:35 (UTC+04:00)

Nəqliyyat  naziri  yerli sakinlərlə yanaşı, Bərdə, Tərtər  və Yevlaxdan olan vətəndaşların şikayət və müraciətlərini də dinləyib.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən rayonlararası magistral və kənddaxili yolların bərpası, körpülərin salınması, işlə təmin olunmaq, nəqliyyat vasitələrinə  və  sərnişindaşımaya  aid  problemlərlə bağlı olub.

 

Qəbul zamanı səsləndirilən məsələlərin əksəriyyəti yerindəcə həll edilib. Bir çox müraciətlər isə aidiyyəti üzrə yönləndirilməsi üçün qeydə alınıb.