Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

28 Fevral 2014 22:56 (UTC+04:00)

Mart ayında Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "APA-Economics"ə verilən məlumata görə, martın 13-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

 

Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

 

Biznes forumda ağır və yüngül sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, enerji, neft-kimya, təhsil, səhiyyə, maliyyə, ticarət və digər sahələri təmsil edən Sverdlovsk vilayətinin şirkətləri iştirak edəcək.