Timoşenko Prezident seçkilərində namizəddir!

28 Fevral 2014 18:56 (UTC+04:00)

Ukraynanın keçmiş Baş naziri Yulia Timoşenko , dövlət başçısı seçkilərinə namizəd olacaq .


Ukrayna keçmiş baş naziri Yuliya Timoşenkonun 25 Mayda keçiriləcək dövlət başçılığı seçkilərində namizəd olacağı bildirilib.


"İslahat Üçün Ukrayna Demokratik İttifaqı " lideri Vitaliy Kliçko , mətbuata etdiyi şərhdə , son olaraq Yulia Timoşenko ilə etdiyi görüşdə , Timoşenkonun ona dövlət başçılığı seçkilərində namizəd olmağı planlaşdırdığını söylədiyini qeyd edib.


Movqe.Az xəbər verir ki, Kliçko , keçmiş Baş nazir Timoşenkonun bu şərhinin gözlənilməz olduğunu yazaraq , " Timoşenko , bununla əlaqədar heç bir yerdə şərh etməmişdi. Lakin , söhbətimizdə bunu təsdiq etdi " deyib..


Timoşenkonun namizəd olmasında hər hansı bir problem görmədiyini vurğulayan Kliçko , iki müxalif qüvvənin   dövlət başçılığı üçün rəqabət etməsinin "qəribə bir vəziyyət" olacağını söyləyib.


Daha əvvəl , Xarkov keçmiş Bələdiyyə Başçısı Mixail Dobkinindən sonra , müxalif lider Vitaliy Kliçko da 25 Mayda keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlamışdı.