Yeni nazir yoxlamalara başladı

28 Fevral 2014 18:49 (UTC+04:00)
ənd Təssərrüfatı Nazirliyi subsidiyaların verilməsi ilə bağlı yoxlamalara başlayıb. ANS PRESS-in məlumatına görə nazir Heydər Əsədov jurnalistlərə açıqlamasında, yoxlamalar zamanı bir neçə inzibati tədbirin görüldüyünü və qanun pozuntusu hallarının aşkar edildiyini deyib. Nazir subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib:
"Lazım olmayan və qanunun icazə vermədiyi yerlərə subsidiyaların verilməsi halları var. Biz onu müəyyənləşdiririk. İnzibati və qiymətləndirmə yolu ilə belə halların aradan qaldırılmasına nail olacağıq".
Nazir qeyd edib ki, subsidiyaların verilmə mexanizminin dəyişdirməsi prosesi uzun müddətli bir məsələdir:
"Bunun üçün biz elektron kənd təsərrüfatının yaradılmasına başlayırıq. Bunun üçün müvafiq strategiya hazırlanır və işə məsləhətçilər cəlb olunub. Bu, bir günə, bir aya əmələ gələn proses deyil".