Vergilər Nazirliyi apardığı vergi
yoxlamalarının nəticəsi olaraq "Qanun" nəşriyyatını 150 min manat
məbləğində cərimə edib. Nazirliyin vergi cinayətlərinin ibtidai
araşdırılması departamentinin istintaq idarəsində cinayət işi
başlanıb. Bu barədə musavat.com-a nəşriyyatın rəhbəri Şahbaz
Xuduoğlu xəbər verib.Onun dediyinə görə, eyni zamanda bu gün 1
saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakimi hakimi Elçin
Məmmədov "Qanun" nəşriyyatının iddasını təmin etməmək barədə qərar
çıxarıb. Fevral ayının 1də 20 nəfərdən ibarət Vergi
əməkdaşları nəşriyyata hücum edib sənədləri və kompüterləri zor
gücünə müsadirə ediblər və hələ də geri qaytarmayıblar. Ş.Xuduoğlu
əlavə edib ki, nəşriyyat rəhbərliyi əvvəlcə Apellyasiya
Məhkəməsinə, daha sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət
edərək məruz qaldığı haqsızlığa görə ədalət
arayacaq.