Ukrayna Rusiyadan Yanukoviçin ekstradisiyasını tələb edir
28 Fevral 2014 23:06 (UTC+04:00)
Viktor Yanukoviçin Rusiya ərazisində olduğu rəsmən təsdiqləndiyinə
görə, Ukrayna Baş Prokurorluğu Moskvadan sabiq prezidentin
ekstradisiyasını tələb edir. Bu barədə Ukrayna Baş Prokurorluğunun
rəsmi saytında yerləşdirilən məlumatda deyilir. "Ukrayna vətəndaşı
Viktor Yanukoviçin Rostov şəhərində mətbuat konfransı keçirməsi
onun Rusiya Federasiyasında olduğunu təsdiqləyir", - Ukrayna Baş
Prokurorluğunun məlumatında qeyd edilir. Sənəddə Rusiya Baş
Prokurorluğundan müsbət cavabın gözləndiyi bildirilir. Xatırladaq
ki, bu gün Viktor Yanukoviç hələ də Ukraynanın legitim prezidenti
olduğunu və yeni hökuməti tanımadığını bəyan edib.