ABŞ Yanukoviçi prezident saymır

28 Fevral 2014 23:42 (UTC+04:00)
Viktor Yanukoviç Ukrayna prezidenti kimi öz legitimliyini itirib və ölkəni tərk edib, buna görə də ABŞ yeni hökumətlə işləmək qərarına gəlib. Movqe.az-ın məlumatınat görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin təmsilçisi Cen Psaki bildirib. "Yanukoviç ölkədən qaçmaqla və hakimiyyətdə vakuum yaratmaqla öz legitimliyini itirib. Biz indi keçid hökuməti ilə işləməyi qərara almışıq", - deyə Psaki vurğulayıb. Ukraynada hakimiyyət dəyişikliyi keçən bazar günü baş verdi. Ali Rada Viktor Yanukoviçi prezidentlikdən uzaqlaşdırdı və onun səlahiyyətlərini spiker Aleksandr Turçinova həvalə etdi, mayın 25-nə növbədən kənar prezident seçkiləri təyin etdi.