Azərbaycanda xalça istehsalında son texnologiyadan istifadə olunacaq

1 Mart 2014 10:59 (UTC+04:00)

Azərbaycanda xalça məhsullarında nano texnologiyadan istifadə olunacaq.

Bu təkmilləşdirilmiş texnologiya Türkiyənin "Altas Halı" şirkətinin yardımı ilə həyata keçiriləcək.

Şirkətin baş direktoru Meriç Bebitoğlu bildirib ki, xalça istehsalında nano texnologiya ilkin mərhələdə Azərbaycan, Qazaxıstan və Orta Şərq ölkələrində tətbiq olunacaq.

O əlavə edib ki, şirkət mart ayından başlayaraq Avropa Birliyi ölkələri ilə də əməkdaşlığa başlayacaq.

Qeyd edək ki, şirkətin dünya üzrə 330 mərkəzi var. Bu il onların sayının 500-ə çatdırılması nəzərdə tutulub.

Yeni nano texnologiya özü-özünü təmizləyə bilmək, xalçalarda ləkə, kif, bakteriya, gənə və göbələk saxlamamaq, evin hər küncündə istifadəsi mümkün olan, həmçinin insan bədənindəki mənfi enerjini toplamaq və stressin azalmasına yardım etmək kimi xüsusiyyətləri özündə birləşdirir.