Krımın yeni baş naziri Rusiya prezidentindən kömək istəyib
1 Mart 2014 11:01 (UTC+04:00)
Krımın yeni baş naziri Sergey Aksyonov təcili bəyanatla çıxış edib.
Movqe.az-ın məlumatına görə, S.Aksyonov Rusiya prezidenti Vladimir
Putinə müraciət edib və muxtar respublikada sabitliyin təmin
olunması üçün Moskvadan yardım istəyib. Krımın yeni baş naziri
həmçinin bəyan edib ki, müvəqqəti olaraq muxtar respublikanın bütün
güc strukturlarını özünə tabe etdirib. Bu qərarı S.Aksyonov
respublika ərazisində naməlum silahlı qruplaşmaların olması, habelə
Krımdakı güc strukturlarının duruma nəzarət etmək iqtidarında
olmaması ilə əlaqələndirib."Bütün komandirlər yalnız mənim
göstərişlərimi icra edəcək. Razı olmayanlardan vəzifələrindən
istefa vermək xahiş edirəm", - deyə o vurğulayıb.