Azərbaycanın borcu açıqlandı
1 Mart 2014 12:52 (UTC+04:00)
"Belə ki, əgər 2011-ci ilin əvvəlində ölkənin xarici borcu cəmi 3.7
milyard dollar idisə indi bu rəqəm 6 milyard dollardan çoxdur. Bu
isə o deməkdir ki, son 3 ildə ölkənin xarici borc məbləği 62
faizdən çox artıb". ANS PRESS-in məlumatına görə, bu barədə
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
O bildirib ki, ölkədə xarici borcun illik orta artımı 20 faizdən
çox olub. Ekspert qeyd edirki, Azərbaycanda xarici borcun illik
yuxarı hədd limiti 2.3 milyard manatdır:"Nazirliyin xarici borc ilə
bağlı rəsmi rəqəmlərinin təhlili göstərir ki, Azərbaycan xarici
borclarının mövcud vəziyyətinin bir sıra müsbət və mənfi tərəfləri
var.Azərbaycanın xarici borc məbləğində diqqəti çəkən əsas müsbət
məqam ondan ibarətdir ki, ölkə xarici borcun Ümumi Daxili
Məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir. Belə
ki, bu göstərici Azərbaycanda 8.2 faiz olmaqla regionda bu sahədə
ən yaxşı mövqeyı malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı
(14.1 faiz) qabaqlayır. Qonşu Gürcüstan və Ermənistan isə Ukrayna,
Qazaxıstan ilə birlikdə MDB-də ən pis göstəriciyə malik ölkələr
hesab edilirlər.Mütəxəssisin bildirir ki, Azərbaycanda dövlət
rezervlərinin məbləği xarici borcları 9 dəfəyə yaxın
üstüləyib:"Azərbaycanda adambaşın düşən 647.8 dollardır və bu
göstəriciyə görə MDB-də yalnız Özbəkistana uduzuruq. Qonşu
Gürcüstanda bu göstərici 2923 dollar, Ermənistanda 2755 dollar,
Rusiyada 4433 dollar, Ukraniyada 3810 dollar, Qazaxıstanda isə 7824
dollardır. Azərbaycan misalında digər müsbət məqam isə dövlət
rezervlərinin məbləğinin xarici borcları 9 dəfəyə yaxın
üstüləməsidir. Bu da "sığorta yastığının" formalaşdırılmasına imkan
verir".
Ekspert xarici borcların azaldılması üçün bir sıra çıxış yolu irəli
sürüb. Vüqar Bayramovun fikrincə, xarici borclanmadakı artımın
qarşısıının alınması üçün növbəti büdcə ili üçün dövlət büdcəsi
haqqında qanununa həmin limitin azaldılması daha
məqsədəuyğundur:
"Ölkəmizdə xarici borclanmanın mənfi tərəfi xarici borların
məbləğinin son illər artmasıdır. Belə ki, əgər 2011-ci ilin
əvvəlində ölkənin xarici borcu cəmi 3.7 milyard dollar idisə indi
bu rəqəm 6 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, son 3
ildə ölkənin xarici borc məbləği 62 faizdən çox artıb. İllik orta
artım isə 20 faizdən çox olub. Azərbaycanda xarici borcun illik
yuxarı hədd limiti 2.3 milyard manatdır.
Eyni zamanda, Maliyyə Nazirliyinin mütəmadi olaraq, ən azı ildə 1
dəfə, xarici borcların məbləği ilə bağlı ictimaiyyəti
məlumatlandırmasına ehtiyac var. Nazirlik son məlumatdan öncə
yalnız 2011-ci ildə xarici borcları məbləği ilə bağlı açıqlama
yaymışdı. Bu isə o deməkdir ki, nə 2012-ci, nə də 2013-cü ildə
nazirlik xarici borclanma ilə bağlı məlumatları ictimaiyyətə
çatdırmayıb. Bu isə xarici borcların artım dinamikasını zamanında
izləməyə imkan vermir".